Bakı Süd Vəzi Mərkəzi

Bakı Sağlamlıq Mərkəzində “Sağlamlığınızın fərqində olun!” adlı marifləndirici tədbir keçirildi. Baş tutan tədbirdə Süd Vəzi Mərkəzinin həkimləri t.ü.f.d., Dr. mammoloq-onkoloq Kəmalə Əliyeva “Süni intellektin tibbdə tətbiqi”, t.ü.f.d., Dr. mammoloq-onkoloq Vəfa Vəliyeva “Süd vəzində estetik əməliyyatlar xərçəng riski oyatmır”, Dr. mammoloq-onkoloq Mehriban Rüstəmzadə “Süd vəzi sağlamlığına müsair yanaşma”, Dr. Aygün Səmədova “Süd vəzi xəstəliklərində radiologiyanın rolu” və dəvət olunmuş psixoloq Xanım Həsənova “Süd vəzi problemlərində psixoloji məqamlar” mövzuları ətrafında çıxışlar etdilər. Tədbir iştirakçılarına süd vəzi xəçəngi, onun əlamətləri, risk faktorları, vaxtaşırı tibbi müayinələrdən keçmənin vacibliyi, xəstəliyin qarşısının alınması metodlarından bəhs edən maarifləndirici materiallar, eləcə də xəstəliyin rəmzi olan çəhrayı rəngli lentlər paylanıldı. Süd Vəzi Xərçəngi ilə Mübarizə Ayında keçirilən bu təbdirin əsas məqsədi qadınlara süd vəzi xərçəngi xəstəliyi barədə geniş məlumat vermək, xəstəliyin qarşısının alınması üçün sağlam həyat tərzi seçməyin vacibliyini, xəstəliklə mübarizədə erkən diaqnostika və müayinə üsullarının əhəmiyyətini vurğulamaqdır. Baş tutan təbdirdə tanınmış ictimai-siyasi xadimlər, səhiyyə işçiləri və digər qonaqlar iştirak etdilər. “Sağlamlığınızın fərqində olun!” başlığı ilə keçirilən marifləndirici tədbir böyük marağa səbəb oldu. Tədbirdən görüntüləri Sizlərə təqdim edirik. Xoş seyrlər! #bakısağlamlıqmərkəzi #bakısağlamlıq #öncəsağlamlıq #bakuhealthcenter #SüdVəziMərkəzi #BreastCancerAwarenessMonth

Diqər xəbərlər